.

Məşhur terrorçu Qarabağa muzdlular göndərir - FOTOFAKT

.

Ukraynanın ilhaq olunmuş Donbass vilayətində yaşayan məşhur terrorçu Axra Avidzba (Abxaz) bildirib ki, Gürcüstanın Abxaziya bölgəsindən etnik ermənilərdən ibarət olan bir qrup Dağlıq Qarabağda döyüşmək üçün toplanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyadan olan “döyüşçü” Yuri Kots məlumat verib. Sosial şəbəkə istifadəçiləri isə bildirib ki, fotoda göstərilən yer Abxaziya deyil, Rusiyanın Soçi şəhəridir. Özü də, etnik ermənilər adlanan şəxslərin məhz muzdlular olduğu müəyyən edilib. İndiyə qədər Qarabağa göndərilən muzdluların sayı barədə isə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, Axra Avidzba Donetskdəki separatçı rejimin “rəhbərlər”indən biridir. Bir neçə il əvvəl Axra qəflətən yoxa çıxmışdı. Ehtimal edilirdi ki, o, Arseni Pavlovun (Motorola) qətlinə görə öldürülüb. Lakin 2020-ci ildə Abxazın Rusiyada həbs edildiyi məlum olub.

Səbəb isə idarə etdiyi avtomobilin Rusiyanın sərhəd-keçid məntəqəsinə çırpılması olmuşdu. Hazırda Axra muzdluları etnik erməni adı altında toplayaraq Qarabağda döyüşmək üçün göndərir.(Azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR