Daha bir məktəbli düşmən təcavüzünün qurbanı olub

Bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. 16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində yazıb.

"Şahmalı Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi. Ermənistan təcavüzünün qurbanı olan məktəblilərimizin sayı artıq 10-a çatdı. Allah rəhmət eləsin!" , - deyə nazir bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR