“Poçt vasitəsi ilə səsvermə xaosa gətirib çıxardacaq” -

ABŞ Prezidenti Donald Tramp radikal solçuların onun seçkilərdə qalib gəlməməsi üçün hər şeyi edəcəklərini bildirərək, tərəfdarlarını mübarizə aparmağa və seçki kampaniyasına ianə verərək səsvermənin nəticələrini müdafiə etməyə çağırıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, respublikaçıların qərargahı tərəfindən abunəçilərin elektron poçtuna göndərilən məlumatda belə qeyd olunub.

“Əvvəldən proqnozlaşdırdığım kimi, poçt vasitəsi ilə səsvermə əvvəllər görmədiyiniz xaosa gətirib çıxardacaq. Radikal sol, Tramp-Pens komandasının qələbəsini sizdən almaq üçün əllərindən gələn hər şeyi etməyə çalışacaq. Odur ki, indi sizə müraciət edirəm. Ölkəyə bunun baş verəcəyi barədə xəbərdarlıq etmişdim. Demokratların daha bir acınacaqlı məğlubiyyəti qəbul edə bilməyəcəklərini bilirdim, bu səbəbdən indi nəticələrə qarışıqlıq salmağa çalışırlar”, - Tramp bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR