Azərbaycanlı futbolçularda koronavirus aşkarlandı

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulardan bəzisində koronavirus aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu, 9-cu turun bu gün baş tutan “Səbail” – “Sumqayıt” görüşündən sonrakı mətbuat konfransında açıqlanıb.

Belə ki, qonaqların baş məşqçisi Ayxan Abbasov yarımmüdafiəçi Səbuhi Abdullazadənin COVİD-19 testinin pozitiv çıxdığını bildirib. Abbasovun rəqib komandadakı həmkarı Aftandil Hacıyev isə müdafiəçi Kamal Qurbanovda, habelə texniki heyətin bir üzvündə koronavirus aşkarlandığını bildirib: “Klubun həkimi Mahir Ələsgərovun testi pozitiv olub. İki həftəlik təcriddən sonra qayıdacağına inanırıq. Müdafiəçi Kamal Qurbanov da koronavirusa yoluxub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR