“Pandemiya tsunami kimi iqtisadiyyatı cənginə alıb” - AÇIQLAMA

.

Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Christine Lagarde Fransız qəzeti Le Monde-yə verdiyi müsahibədə pandemiyanın ən ciddi təsirləri kimi iş itkisi olacağını dilə gətirib. Hətta Lagarde, bəzi ölkələrdə əhəmiyyətli tabuları qaldıran bir müstəsna planın müvəffəq olmasının vacibliyini vurğulayıb”.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov bildirib.

Ekspert deyir ki, artıq sürətlə tsunami dalğası kimi Avropanı da öz cənginə alan COVID-19-un ikinci dalğası Avropanın iqtisadi dirçəlişinin qeyri-müəyyən olduğu zənnini yaratmış olur.

“Bu infeksiyasının ikinci dalğası fonunda artıq gücün tükənməsi riskinin olduğu hiss olunur. Bu yaxınlarda iqtisadi araşdırmalarımla bağlı Fransa və İtaliyada oldum. Nəticə etibarilə deyə bilərəm ki, Avropada, əsasən də Fransada pandemiyanın ikinci dalğası və onu müşayiət edən yeni məhdudlaşdırıcı tədbirlər qeyri-müəyyənliyi artırır və bərpa üçün əvvəlki dövürlərdən fərqli olaraq baryerlər yaradır”.

Murad Calalov bildirdi ki, Avropa Mərkəzi Bankı – AMB (ECB), pandemiya fonunda, avro bölgəsindəki ÜDM-in 2020-ci ildə 11,8%-dən 8%-ə düşəcəyini, hətta sərt yerli kilidlənmələrin (lockdown) olacağını düşünür. Avropada işsizlik 7,4%-dən 8,1%-ə çatıb.

Vəziyyət pisləşərsə, bu açıq şəkildə dekabr ayında AMB-ın yenidən nəzərdən keçirəcəyi proqnozlara kölgə altına sala bilər.

“AMB COVID-19 səbəbiylə meydana gələn iqtisadi şokun sürətinin və miqyasının "görünməmiş" olduğunu vurğulayır. Avropa Birliyi liderləri iyul ayında əhəmiyyətli bir dönüş nöqtəsinə 1.82 trilyon avro büdcəyə və COVID-19 bərpa paketinə çatdılar.

Bərpa paketi 750 milyard avro olmaqla qrantlar və borclar şəklində bölüşdürülməsini nəzərdə tutur.

Araşdırma apardığım Kiel Dünya İqtisadiyyatı İnstitutunun (IfW) baş elmi işçisi də, Josefin Mayer, araşdırmalarının nəticəsi olaraq uzun müddət davam edən ikinci bir dalğa avrozonada ÜDM-də daha ciddi azalmalara səbəb olacağını və bu da öz növbəsində mərkəzi bankın daha sərt ssenari ilə addımlar atacağını bildirir’’.

Pandemiyanın ikincidalğası necə bir təhlükənin gəldiyindən xəbər verir?

“Deyə bilərəm ki, mövcud böhranı maliyyə sektoru yaratmasa da, uzun müddət davam edən ikinci dalğanın baş verməsi banklar üçün avrozona borc böhranından daha böyük bir təhlükədir.

Bank sektoru borcların artmasına hazırlaşır. Almaniya və Fransa kimi ölkələrdəki banklar, adətən hökumətlərinin borclarının təxminən 5-10%-ə sahibdirlər. Lakin İspaniya və Portuqaliyada bu nisbət 20%-ə yaxındır. Bəzi orta və ya şərqi Avropa ölkələrindəki nisbət isə 50% -ə yaxındır”.


Bəs Azərbaycan üçün pandemiyanın zərərləri nə qədər oldu?

“İndiki vəziyyəti Azərbaycanla səciyyələndirib deyə bilərəm ki, dünyanın hər yerində olduğu kimi pandemiya dalğası bizim ölkə iqtisadiyyatından da yan keçmir.

Birinci COVID-19 dalğasının səbəbi ilə iqtisaiyyat 3,9% azalmışdı. Amma bu bəzi Avropa ölkələrindən aşağıdır. Yoxsulluq səviyyəsi 5%, işsizlik səviyyəsi isə 7% civarındadır. Ölkəmizin konvertasiya oluna bilən valyuta ehtiyyatları xarici borcundan 6 dəfə çoxdur.

Nəzərə almalıyıq ki, ölkəmiz pandemiyanın hələ ikinci dalğasından öncə düşmənimiz tərəfinfdən müharibə vəziyyəti ilə qaşılaşdı.

Yuxarıdakı göstəriciləri nəzərə alsaq demək olar ki, ölkə iqtisadiyyatı sarsılmaz, amma bu öz növbəsində iqtisadiyyata zərərsiz də ötüşməyəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR