"Qarabağda yalnız Rusiya sülhməramlıları yerləşdiriləcək" -

Dağlıq Qarabağda təmas xəttində yalnız Rusiya sülhməramlıları yerləşdiriləcək.

Metbuat.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova “Exo Moskvı” radiostansiyasının efirində bildirib.

“Diqqətinizi çəkmək istədiyim vacib məqam sülhməramlı qüvvələr barədədir. Söhbət Rusiya Federasiyasının sülhməramlı qüvvələrindən gedir. Bəyanatın mətni dərc edildikdən sonra heç kimin şübhəsi qalmayacaq. Bir daha Rusiya Federasiyası prezidentinin sözlərinə diqqət çəkmək istərdim, söhbət bölgədəki, Dağlıq Qarabağda təmas xətti boyunca yerləşən Rusiya sülhməramlılarından gedir”, - deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında 1960 hərbi qulluqçu, 90 zirehli hərbi vasitə, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingent yerləşdirəcək. Son məlumatlara görə, Rusiya sülhməramlılarından ibarət 10-cu təyyarə Dağlıq Qarabağa yola düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR