“Paşinyan yaxın vaxtlarda istefa verə bilər” -

"Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatı imzalayan Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda istefa verə bilər".

Metbuat.az xəbər verir ki, bunu gazeta.ru-ya açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.

“Hazırkı baş nazir çox çətin vəziyyətdədir. Onun ölkənin lideri olduğu günləri praktiki olaraq bitdi. Bir neçə həftə əvvəl məsul siyasətçilər hakimiyyəti orduya təhvil verməyin zəruriliyini qeyd edirdilər. Paşinyan “Məxməri inqilab” dövründə qalib və populyar siyasətçidən qeyri-populyar bir fiqura çevrildi”, - deyə Zatulin bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR