Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 86 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 145 989 şübhəli koronavirus testindən keçib, onlardan 2693-nün cavabı pozitiv çıxıb, 2112 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3095 nəfər olub.

Türkiyədə indiyədək 402 053 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 145 nəfər ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR