“Detallar sabah Rusiya ilə müzakirə ediləcək” -

Sabah Rusiyadan gələcək nümayəndə heyəti ilə Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzi barədə detallar müzakirə olunacaq.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bildirib ki, işin detalları müzakirə ediləcək. "Mərkəz Azərbaycan torpağında və uyğun gördüyü yerdə olacaq. Bu mərkəz önəmli işlər görəcək. Nəzarəti həyata keçirəcək, şikayətlər olduğu vaxt onları araşdıracaq. Ümid edirik ki, Ermənistan keçmişdəki xətalarından dərs alacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR