“Rusiyanın rolu nədirsə, Türkiyənin də rolu o olacaq” -

Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu nədirsə, Türkiyənin də rolu o olacaq.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib

O bildirib ki, mərkəz tərəfindən atəşkəsi pozan müəyyən edilləcək və ona qarşı cəza tədbirləri tətbiq ediləcək.

“Sadəcə bir mərkəz olmayacaq, şöbələr də fəaliyyət göstərəcək. Detallar sabah müəyyən edildikdən sonra bu barədə məlumat veriləcək”.

Çavuşoğlu əlavə edib ki, mərkəz Rusiya, Azərbaycan və Ermənistan arasında imzxalanmış razılaşmanın 5-ci bəndinə əsasən qurulur.

XİN rəhbəri deyib ki, mərkəz müzakirələrdən sonra Azərbaycanın istəyinə uyğun olaraq onun müəyyən etdiyi yerdə olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR