2016-cı ildə Azərbaycanda yeni liman obyektləri istismara veriləcək

2016-cı ildə Azərbaycanda yeni liman obyektləri istismara veriləcək
11:27 18 Yanvar 2015
79 Sosial
Ölkə mətbuatı
A- A+

Ələtdə yeni beynəlxalq dəniz ticarət limanının quru yük terminalının 2016-cı ilin birinci yarısında istismara verilməsi planlaşdırılır. Bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Onun sözlərinə görə, ötən il limanın bərə terminalı istismara verilib və o, artıq işləyir. “Limanın tikintisi davam edir və proqnozlara görə, 2016-cı ilin birinci yarısında onun istismara verilməsi planlaşdırılır”.

Bununla yanaşı, mənbə qeyd edib ki, quru yük limanının işə salınacağı dəqiq tarix barədə danışmaq hələ tezdir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR