Düşmənin “Skad”ı Ordumuzun zərbəsindən sonra -

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistanın Raket-Artilleriya Qoşunlarının 9K72 R-17 “Elbrus” (Scud-B”) qısa mənzilli ballistik raketin buraxıcı qurğusunun görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, xarici jurnalistlərdən Joş Fridman Ermənistan ərazisində, Azərbaycanla sərhədin yaxınlığında (Vardenis) Ordumuzun “Harop” zərbə dronu ilə məhv etdiyi “Skad” komplekslərindən birinin qalıqlarının görüntülərini çəkib.

Videodan göründüyü kimi, raket kompleksi start mövqeyində məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR