ABŞ İrana qarşı sanksiyaları sərtləşdirəcək

Amerika Birləşmiş Ştatları İrana qarşı sanksiyaları sərtləşdirmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun adından yayılan yazılı açıqlamada yer alıb.

Açıqlamada qeyd olunur ki, bir il əvvəl İrandakı nümayişlərdən sonra rəsmi Tehran həyata keçirdiyi repressiyaların izlərini senzura, hədə-qorxu yolu ilə gizlətməyə çalışıb və ölkədə internetə tam məhdudiyyət qoyulub.

Sanksiyaların gələn həftədən sərtləşəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR