İcra başçısı 3 ay əvvəl təyin etdiyi müavinini işdən çıxartdı

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müavinini vəzifədən azad edib.

Metbuat.az xəbər verir ki, başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Kənan İbrahimov vəzifəsindən azad olunub. Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Kənan İbrahimov müavin vəzifəsinə bu ilin avqust ayında təyin edilmişdi.(qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR