SON DƏQİQƏ:

Türkiyə Azərbaycana hərbi qüvvələr göndərir.

Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyinə Azərbaycan qərar verəcək.

Metbuat.az xəbər verir ki, bu, Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Qanun layihəsi müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.

Qeyd edək ki, Türk ordusunun Azərbaycana göndərilməsi ilə bağlı prezident Ərdoğan rəsmi sənəd imzalayıb. Türkiyə Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR