Türk əsgərinin Qarabağa göndərilməsi məsələsinə sabah baxılacaq -

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycanla bağlı Böyük Millət Məclisinə göndərdiyi sənəd sabah müzakirəyə çıxarılacaq”.

Metbuat.az xəbər verir ki, bu barədə modern.az-a Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Türkiyəli deputat qeyd edib ki, sabah TBMM-nin millət vəkilləri hərbi qoşunlarla bağlı məsələni müzakirə etdikdən sonra yekun nəticə açıqlanacaq.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanla bağlı sənədi Böyük Millət Məclisinə göndərib.

Sənəd Türkiyə əsgərlərinin Azərbaycana göndərilməsini nəzərdə tutur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR