İmran Xan:

Pakistanın Baş Naziri İmran Xan bu ölkənin yerli televiziya kanalına 12 noyabr tarixində verdiyi müsahibəsində jurnalistin - “Azərbaycanda hər yerdə Azərbaycan-Türkiyə-Pakistan bayraqlarının dalğalandığını, Azərbaycanın qələbə qazandığını, heç kəsin Azərbaycana öz torpaqlarını hədiyyə etmədiyini, Azərbaycanın böyük mübarizə apararaq öz torpaqlarını erməni işğalından azad etdiyini” bildirərək, onun münasibətini öyrənib.

Metbuat.az xəbər verir ki, Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan isə cavabında “Azərbaycan Silahlı Qüvvələrinin nümunəvi şücaət göstərdiyini, Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, bütün dünyanın Qarabağın Azərbaycana məxsus olduğunu tanıdığını, Azərbaycanlıların öz əzəli torpaqlarını geri qaytardığını” bildirərək jurnalistin sualını cavablandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR