İranda son sutkada koronavirusdan 486 nəfər ölüb

İranda son sutka ərzində 486 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda indiyədək koronavirusdan ölənlərin sayı 41 979 nəfərə çatıb.

İranda son sutkada 13 053 yeni yoluxma qeydə alınıb ki, bununla da ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 775 121 nəfərə çatıb.

Xəstəlikdən 564 699 nəfər sağalıb.

Mənbə: İRNA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR