Bəyanatın Nikolun imtina etdiyi ilk mətni - SENSASİYA

.

Ermənistanın Vatikandakı eks-səfiri Mikayıl Minasyan öz Feysbuk səhifəsində 10 noyabrdakı üçlü Bəyanatdan öncə Baş nazir Paşinyana təqdim edilən, amma onun imtina etdiyi və nəticədə imzalanmayan razılaşma mətnini yayıb.

Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, Minasyan Paşinyanın hər yalan bəyanatına sənədlə cavab verəcəyini bildirib.

“Bu, sənin imzaladığın sənəddən öncə təqdim edilən variantlardan biridir. Bundan sonra sən daha ağır təklif aldın və o kapitulyasiya haqqında sənədi imzalayaraq, çıxışı olmayan situasiya yaratdın”, - Minasyan bildirib.

Qeyd edək ki, Minasyanın yaydığı sənəddə 10 bənd yer alıb. Bu sənədin noyabrın 10-da imzalanan sənəddən xeyli fərqi var.

Əsas fərqlər aşağıdakılardır:

- Erməni silahlı qüvvələri Qarabağda saxlanılır;

- Qarabağdan tərəflərin öz tutduqları mövqelərdə qalmasıyla bağlı heç bir bənd yoxdur;

- Azərbaycana yalnız Ağdam, Kəlbəcər (15 noyabr) və Laçın (1 dekabr) rayonları qaytarılır;

- Ermənistan münaqişənin tərəfi kimi tanınmır,

- Laçın dəhlizinin eni 10 kilometr (hazırkı razılaşmada 5 kilometrdir) olaraq müəyyən edilir;

- Rus sülhməramlıları köhnə DQMV-nin bütün sərhədinə yerləşdirilir;

- Regionda bütün xarici muzdlular çıxarılır (Qarabağ bəyanatında ümumiyyətlə muzdlu ifadəsi yoxdur);

- Naxçıvanla əlaqənin təmini məqsədilə Azərbaycan üçün yeni yol çəkilir.

Minasyan paylaşımında yalnız Ermənistan rəhbərliyinin sənədə reaksiyasını təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR