İtaliyada bir gündə 504 nəfər koronavirusun qurbanı olub

.

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 27 354 nəfər artıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib. Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 504 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 45 733 nəfərə çatıb. Ölkədə hazırda 717 784 aktiv koronavirus xəstəsi var, onlardan 3492-si ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 205 881 nəfərdən 442 364 nəfər sağalıb.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR