.

Luis Suares koronavirusa yoluxdu

.

"Atletiko"nun və Uruqvay millisinin futbolçusu Luis Suaresin koronavirusa yoluxub.

Metbuat.az bildirir ki, bu barədə Uruqvay Futbol Federasiyası məlumat yayıb. 33 yaşlı hücumçunun testi müsbət nəticə verib. Bu səbəbdən o, qarşıdakı görüşləri buraxmalı olacaq.

Uruqvay yığması noyabrın 18-də Braziliya ilə dünya çempionatının seçmə oyununda üz-üzə gələcək. Noyabrın 21-də isə "Atletiko" İspaniya La Liqasının 10-cu turunda "Barselona" ilə qarşılaşacaq.

Mənbə: Ntvspor.net


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR