Bakıda özünü güllələyən şəxsin videosu yayıldı -

Bakının Nəsimi rayonunda baş verən intihar hadisəsinin görüntüsü yayılıb.

Metbuat.az bildirir ki, özünü güllələyən Ramin Alməmməd oğlu Əliyev iş adam Fərhad adlı şəxsin kürəkənidir.

Qeyd edək ki, intihar hadisəsi noyabrın 15-də baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Ramin Alməmməd oğlu Əliyev maşınının yanında özünü güllələyərək öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

3 uşaq atası olan Ramin Əliyev Nəsimi rayonunda kirayədə tək yaşayırmış. İlkin məlumata görə, onun heç kimə borcu olmayıb. Hadisənin səbəbləri araşdırılır.


(unikal.org)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR