Lavrovdan Qarabağla bağlı AÇIQLAMA -

Rusiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ardınca BMT strukturlarının da Qarabağdakı humanitar problemlərin həllinə qatılacağını gözləyir.

Metbuat.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

“Digər humanitar strukturların, ilk növbədə BMT strukturlarının da prosesə qoşulacağına ümid edirik. Mən Qaçqınlar üzrə Ali Komissarlığı, Humanitar məsələlər üzrə qurumu nəzərdə tuturam. Təbii ki, Dağlıq Qarabağda mədəni irsin qorunması məsələsi də var. Və burada UNESKO öz rolunu oynaya bilər".

Lavrovun sözlərinə görə, Qırmızı Xaç bölgədə çoxdan mövcuddur və təcrübəsi digər təşkilatlar üçün faydalı ola bilər.

"Düşünürəm ki, bu razılaşmalar əsasında hərbi əməliyyatların dayandırılması, əlbəttə ki, Dağlıq Qarabağ daxil olmaqla həm Azərbaycanda, həm də Ermənistanda mövcud olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin işi üçün əlavə imkanlar açır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR