Putinin açıqlaması Azərbaycanın mövqeyinə necə təsir edir? - VİDEO

.

Rusiya prezidenti Vladimir Putin “Rossiya 24” telekanalına müsahibəsində Azərbaycanın Dağlıq Qarabağdakı haqq savaşından və Türkiyənin mövqeyindən danışıb.

Metbuat.az xəbər verir ki, Rusiya rəhbəri Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu deyib.

O bildirib ki, beynəlxalq hüquq da Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edir.

Məsələ ilə bağlı Baku.tv-yə danışan “Milli Dirçəliş Hərəkatı” partiyasının sədri Fərəc Quliyev bildirib ki, müharibə dövründə Vladimir Putinin mövqeyi bizi qane edən mövqe olub.

Putin açıqlamasında onu da qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu münaqişəyə müdaxilə edə bilməzdi. Çünki heç kim Ermənistanın ərazisinə hücum etmirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR