Kasıb, amma seksual şəhər...

Kasıb, amma seksual şəhər...
11:37 18 Yanvar 2015
89 Dünya
Ölkə mətbuatı
A- A+

Gey merin öz şəhərinə baxışı
Berlin nə vaxtsa “kasıb, amma seksual” şəhər olub.

Anspress-in məlumatına görə, bu sözləri Almaniya paytaxtının meri, gey olan Klaus Voverayt öz şəhəri haqqında deyib.

Onun sözlərinə görə bununla bərabər Berlin tolerant, ekstravaqant və öz boş kvadrat metrlərində ən yaradıcı ideyaların həyata keçirilməsinə hazır olan şəhər idi.

Lakin Berlin indi çox dəyişib. Bu dəyişikliklərdə yaxşı cəhətlər də var pis cəhətlər də. Divarın yıxıldığı dövrdən gözəlliyi ilə elə də göz oxşamayan, lakin darıxmağa da qoymayan Berlin kreativliyin və art- təşəbbüslərin Avropa mərkəzinə çevrilib.

Lakin “Alman arzusu” ilə xaricdən gələnlər qonaqpərvər berlinlilər üçün çox dəyişikliklərə səbəb olublar. Məşhurluq Berlinə heç də havayı qazanılmadı. Burada kirayə qiymətləri ilə ilə bərabər infrastruktur üzərinə gərginlik də artır. Bu isə cəmiyyətdə müəyyən stress ilə qarşılanır.

Qeyd edək ki, bu gün yarım milyon xarici pasport olan şəhərin əhalisi hər il 40-50 min nəfər çoxalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR