Naməlum virus yayıldı: 100-dən çox insan yoluxub

.

Seneqalın qərbində 100-dən çox balıqçı hələ də mənşəyi bilinməyən xəstəliyə tutulub.

Metbuat.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə yerli “Dacar Actu” qəzeti məlumat dərc edib. Epidemiya ölkənin paytaxtı Dakar yaxınlığında yerləşən Rufisk və Mbour liman şəhərləri arasında yayılıb.

Xəstəlik dəri örtüyü üzərində qaysaq şəklində özünü büruzə verir. İlkin ehtimallara görə, naməlum xəstəliyin mənbəyi açıq dənizdə yaranıb. Çünki xəstəliyə yoluxanların hamısı balıq ovuna çıxanlardı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR