Tanınmış müğənnidən sevgilisinə doğum günü HƏDİYYƏSİ

Tanınmış müğənnidən sevgilisinə doğum günü HƏDİYYƏSİ
11:39 18 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Tanınmış türkiyəli müğənni-bəstəkar Sinan Akçıl dünən 38 yaşını qeyd edən sevgilisi, tanınmış model Ebru Şallıya bahalı hədiyyələr alıb. Lent.az-ın “Axşam” qəzetinə istinadən verdiyi məlumata görə, müğənni sevgilisinə doğum günü münasibəti ilə  'Tiffany&Co.' markalı cavahirat dəsti hədiyyə edib.

 

Bu arada Ebru Şallı Türkiyə mediasına açıqlamasında bu il Sinanla evlənə biləcəyini deyib və hər kəsin surpriz nikaha hazır olmalı olduğunu bildirib.

 

Qeyd edək ki, cütlük fürsət düşdükcə Alp dağlarında istirahətə yollanır. Budəfəki əlamətdar günü isə onlar Fransa Alplarında qeyd edib.

 

Onu da qeyd edək ki, 2013-cü ilin yayında həyat yoldaşı Harun Tandan boşanan Ebru Şallı iki ay sonra Sinan Akçılla sevgi münasibətlərinə başlayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR