Polis Akademiyasının rəisi Canpolad Daanov kimdir? -

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.

Metbuat.az polis polkovniki Canpolad Daanovun dosyesini təqdim edir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası rəisinin vəzifəsini müvəqqəti icra edən, polis polkovniki Daanov Canpolad Alı oğlu

1981-ci ildə Balakən şəhərində anadan olmuşdur. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə isə həmin fakültənin magistraturasını fərqlənmə diplomları ilə bitirmişdir. DİO-da xidmətə 2004-cü ildən DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasında müəllim kimi başlamışdır.

2005-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi DİN-in istintaq orqanlarında müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini vəzifələrində çalışmışdır.
26.08.2019-cu ildən DİN-in Polis Akademiyasının rəisinin birinci müavini vəzifəsində xidmət edir. İctimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01.07.2010-cu il tarixli 988 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Ailəlidir. İki övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR