Bakıda Qələbə yürüşü keçirilib - FOTO

.

Erməni işğalı altında olan Ağdam rayonunun azad edilməsi sevincini yaşayan vətəndaşlarımız hazırda Bakının bir neçə ərazisində avtoyürüş keçirir.

Metbuat.az xəbər verir ki, günorta saatlarından etibarən əllərinə Azərbaycan, TürkiyəRusiya bayraqları olan sakinlər Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafından başlayaraq üzü şəhər istiqamətində yürüş ediblər.

Vətəndaşlar "Qarabağ bizimdir", "Ağdam azaddır" şüarlarını səsləndirirlər.

Başqa bir avtoyürüş isə Bakının Yasamal rayonunda Hüseyn Cavid bağı istiqamətində keçirilir.

Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzənmiş avtomobillər şəhərin bir sıra küçə və prospektlərindən keçərək Türkiyə və Rusiya səfirliklərinə doğru hərəkət edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR