Ermənistan nüvə tullantılarını terrorçulara satır - AÇIQLAMA

.

Ermənistanın müharibədə hərbi cinayətlər törədməsini bu ölkənin silahlı qüvvələrinə başçılıq edənlərdən biri general-polkovnik Movses Akopyan dolayı yolla açıq etiraf etdi. Məhz "İsgəndər" ballistik-taktiki raketinin Azərbaycana qarşı istifadə edilməsini vurğulaması, Ermənistanın regionda nə qədər təhlükəli ölkə olduğunu göstərir.

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib. O deyir ki, Azərbaycan həmin raketləri zərərsizləşdirmək ilə bu raket haqqında miflərə son qoymaqla yanaşı Rusiyanın hərbi -sənayesinə də zərbə vurub.

''Ermənistanda bu raketlərin heçnəyə yaramadığını anladılar. Daima sabiq prezident S. Sarkisyan və Nikol Paşinyanın generalları Bakını ballistik raketlərlə vura biləcəklərini qeyd edirdilər. Azərbaycan Ermənistan ordusunu rüsvayçı şəkildə məhv edərək, əraziləri işğaldan azad etməklə yanaşı, onların raket arsenalınıda məhv etmiş oldu.

General-leytenant M. Akopyan Ermənistan ordusunun hazırlıqsız və bu raketlərin ölkənin müdafiəsində mühüm rol oynamadığını açıq şəkildə etiraf etdi.

Onun Azərbaycana qarşı ballistik raketdən istifadə edilməsini etiraf etməsini sənədləşdirilib beynəlxalq təşkilatlara göndərilməlidir''.

Politoloq bildirdi ki, bu ölkədə hətta ATOM elektrik stansiyanın bağlanmasını da tələb edilməlidir. Ermənistanın nüvə tullantılarını əldə etməsi və bunu terrorçu təşkilatlara verməsi, Türkiyə və Azərbaycana qarşı istifadə edə biləcəyi gündəmə gətirilməlidir.

''Çünki, Ermənistan qeyri-stabil ölkə olaraq terror təşkilatları ilə əməkdaşlıq edir. Azərbaycan xalqının ermənilərlə birgə yaşaması mümkün deyil. Bu xalq barbar və faşizm ideyalarına malikdir.

Dekabrın 1-dən sonra ermənilərin Qarabağa qayıtmasının qarşısı alınmalı və gələcəkdə onların bizim torpaqlarımızda yaşamasına imkan verilməməlidir''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR