Məşhur aktrisa yeni seriala çəkilir

Məşhur aktrisa yeni seriala çəkilir
11:41 18 Yanvar 2015
145 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Eva Lonqoriya payızda yeni mini-serialla ekrana qayıdacaq.

Axşam.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Sabun operası" ("Telenovela") adlanan komediyanın mövzusu bir serialın çəkiliş meydançasında baş verənlərlə bağlı olacaq.

Cəmi 13 seriya olacaq ekran işində aktrisa Anna-Mariya adlı obrazını canlandrımaqla yanaşı, həm də layihənin prodüsseri olacaq.

Qeyd edək ki, Lonqoriya "Desperate Housewives" ("Ümidsiz ev qadınları") və "Brooklyn Nine-Nine" ("Bruklin 9-9") serialları ilə məşhurlaşıb. Həm də bir neçə ay əvvəl premyerası baş tutan "Con Uik" boevik filminin prodüsseri olub.



Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR