Gürcüstanda seçki məntəqəsində ölüm faktı qeydə alınıb

Gürcüstanın Helvaçauri rayonunda parlament seçkilərində iştirak etmək məqsədi ilə seçki məntəqəsinə yollanan 60 yaşlı kişi orada vəfat edib.

Metbuat.az bildirir ki,bu barədə “Ajaratv” məlumat yayıb.

Dairə komissiya məntəqəsindən verilən məlumata əsasən, seçici qutuya bülleteni atıb və seçki məntəqəsindən çıxarkən ürək tutmasından vəfat edib.

Hadisə ilə əlaqədar araşdırma aparıldığı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR