Putin birgə bəyanatın müəlliflərini açıqladı

Dağlıq Qarabağda atəşkəsə dair 9 noyabr tarixli birgə bəyanatın mətni üzərində iş onu imzalayan hər üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən aparılıb”.

Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

“Mətnin özünə gəldikdə, bunu təbii ki, üçümüz – mən, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri hazırladıq. Başqa cür də ola bilməzdi”, - deyə Putin bildirib. Onun sözlərinə görə, bu bəyanat Azərbaycan və Ermənistan tərəfləri arasında imzalanmış razılaşma idi:

“Rusiya yalnız vasitəçi rolunu oynadı və tərəflər arasında sülhün əldə olunması üçün bu sənəd üzrə üzərinə öhdəlik götürdü. Biz indi bu işlə məşğuluq. Bəyanatın müəllifləri isə, sözsüz, hər üç tərəfdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR