.

''Türkiyə sülhməramlılarının gəlişi Rusiyanı Qarabağda ...'' - AÇIQLAMA

.

''Rusiya rəhbərliyi hesab edir ki, kiçik bir ərazidə möhkəmlənməklə öz geosiyasi məqsədlərinə çatıb. Bu, taktiki ola bilər. Amma Türkiyə qoşunlarının Qarabağda yerləşməsi, strateji ölçüdə Rusiyanı neytrallaşdıracaq və Moskvanın Azərbaycanla bağlı planın qarşısını alacaq''.

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə edib.

Siyasi şərhçi deyir ki, Rusiyanın Qarabağda iqtisadi və digər sosial layihələr həyata keçirməsi qanunsuzdur.

''Rusiyanın Xankəndində sülhməramlı qüvvələri ilə yanaşı humanitar məqsədlər üçün buraya FHN və digər şəkildə tikinti işlərini aparması üçün mühəndislər göndərməsi, həmçinin Humanitar Mərkəz yaratması sülhməramlı missiyasına ziddir.

Azərbaycan diplomatiyası Türkiyə ilə birgə Rusiyanın Xankəndində sülhməramlı missiyasından kənar fəaliyyətinin qarşısının alınması istiqamətində çalışmalıdır. Azərbaycanın suverenliyini Xankəndində təmin edilməsi istiqamətində bizi gərgin bir fəaliyyət gözləyir.

Rusiya Cənubi Qafqazda bu fəaliyyəti ilə öz mövqeyini və etimadına zərbə vurmuş oldu. Ermənistan bir müddətdən sonra Gümrüdəki "102 -ci" bazanın çıxarılmasını tələb edəcək''.

Politoloq deyir ki, ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələri sülhə xidmət etmir, Moskvanın geosiyasi məqsədlərini təminini həyata keçirir. Moskvanın Xankəndində Humanitar Mərkəzi mini idarədir və bu Azərbaycanın suvrenliyinə ziddir.

''Burada humanitar və digər layihələri yalnız Azərbaycan həyata keçirməlidir. Rusiya sülhməramlı qüvvələri, burada ancaq təhlükəsizliyi təmin etməlidir.

Biz görürür ki, Moskvanın burada planı sülhün və təhlükəsizliyin təmini deyil, burada ermənilərə avtonom idarə mərkəzi yaratmaqdır. Ümumiyyətlə, Ermənistandan ermənilərə Xankəndinə gətirib yerləşdirmək, Vladimir Putinin Qarabağın sosial-iqtisadi vəziyyəti üçün xüsusi müşavirə keçirməsi, Ermənistanla sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı müqavilə imzalaması ciddi şəkildə Rusiyanın ermənilərin burada yerləşdirilməsi özünün təsirini formalaşdırmağa xidmət edir''.

Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiyanın Qarabağda bu siyasəti Azərbaycan üçün müsbət perspektivləri yoxdur. Baxmayaraq ki, Rusiya prezidenti Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qeyd edir. Amma, Qarabağda fəaliyyəti birbaşa sülhməramlı missiyasından kənar bir siyasətdir.

''Azərbaycan əhalisi Xankəndiyə köçməli və burada yaşamalı, Rusiya burada üzərinə götürdüyü təhlükəsizliyini təmin etməlidir. Amma, bunu etmir. 1828-ci ildə olduğu kimi Qarabağa erməniləri köçürür, burada demoqrafik qruluşu ermənilərin xeyrinə dəyişməyə çalışır, Rusiyanın Xankəndində fəaliyyəti qanunsuz və sülhməramlı missiya adı ilə möhkəmlənməkdir.

Azərbaycan bu müharibədə qalib olaraq, öz ərazi bütövlüyünü təmin edib. Rusiyanın hazırkı fəaliyyətinə qarşı Türkiyə-Azərbaycan tandemi qalib gələcək. Buna baxmayaraq muharibənin gedişində Rusiya-Türkiyə danışıqları Moskvanın neytrallaşmasını təmin etdi''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR