.

Rusiyadan Qarabağa minatəmizləyənlər gəlib

.

Rusiya Müdafiə Nazirliyinin Mina Əleyhinə Mərkəzinin mütəxəssisləri Qarabağa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Minalardan Təmizləmə Mərkəzindən mütəxəssislər, texnika və silahlar, eləcə də xidməti itlər Çkalovski aerodromundan Rusiya Aerokosmik Qüvvələrinin Hərbi Nəqliyyat Aviasiyanın An-124, Il-76 və Tu-154 təyyarələri vasitəsilə Yerevan aeroportuna çatdırılıb.

Bölgədəki sülhməramlı əməliyyat zonasında həyata keçiriləcək əməliyyatlara 100-dən çox hərbi qulluqçu, 13 ədəd hərbi və xüsusi texnika, o cümlədən "Uran-6" minalardan təmizləmə kompleksləri, zirehli personal daşıyıcıları və zirehli texnika cəlb edilib.

Hərbi personal və texnika İrəvan - Gorus - Xankəndi marşrutu boyunca hərəkət edəcək və təyinat məntəqəsinə çatdıqdan sonra Qarabağın münaqişədən ən çox zərər görən ərazilərində mühəndis kəşfiyyatı, minaların təmizlənməsi və partlayıcı maddələrin məhv edilməsinə başlanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR