x
Loading...
.

Bakıda məcburi köçkünlər üçün tikilən binaların aqibəti necə olacaq? - Deputatlardan TƏKLİF

.

Bildiyimiz kimi, son illər ərzində Bakıda və Azərbaycanın digər ərazilərində məcburi köçkünlər üçün dövlət hesabına çoxsaylı yaşayış evləri tikilib. Bəs məcburi köçkünlər öz yurdlarına - Qarabağa qayıtdıqdan sonra bu evlərin aqibəti necə olacaq?

Metbuat.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa düşünür ki, həmin evlər hərbçilərə verilməlidir:

"Bu məsələ müzakirə olunmalıdır. Yəqin ki, ilk növbədə həmin evlər hərbçilərə, qazilərə verilər. İkinci növbədə isə ehtiyacı olan digər insanlara bu evləri bağışlamaq olar. Ola bilsin bu zaman müəyyən mənzillər satışa da çıxarılsın",

Deputat Elman Məmmədov isə bildirdi ki, evlər ehtiyacı olanlara veriləcək:

"Hansı ki, ehtiyacı olan kateqoriyalar bir neçə yerə bölünür. Ancaq onlar içərisində əsas üstünlük məcburi köçkünlər üçün tikilən bina ərazisində qeydiyyatda olan həmin yerin sakinlərinə verilməlidir. Məsələn, şəhid ailələri, müharibə veteranları, Qazilər, neftçilər və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlara verilməlidir. Bu məsələ dövlət başçısının nəzarəti altında olacaq. Dövlətin siyasətində şəhid ailələri, müharibə əlilləri, döyüşçülər, veteranlara hər zaman üstünlük verilib. Həmin siyasət davam etdiriləcək”.

Deputat Aqil Abbasın fikrincə, həmin evlər tikilən ərazidə yaşayan şəhid ailələrinə, evsizlərə, yeni evlənən gənclərə verilsə. daha yaxşı olar:

"Hökumət bu məsələnin həllini tapacaq. Bu zaman hansısa qeyri-şəffaflığa yol veriləcəyini də zənn etmirəm”.(Sfera.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR