Ermənistanın sabiq müdafiə naziri barəsində həbs qətimkan tədbiri seçildi

Xəbər verdiyimiz kimi, Azərbaycan Hərbi Prokurorluğu Ermənistanın sabiq müdafiə naziri Seyran Ohayan təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Hərbi Prokurorluq tərəfindən müvafiq təqdimatla Bakı hərbi məhkəməsinə müraciət olunub və məlum olduğu kimi təqdimat təmin edilib.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, Bakı hərbi məhkəməsinin qərarı ilə Seyran Ohayan barəsində qiyabi olaraq tutulduğu gündən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Fakt Hərbi Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a təsdiqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR