.

Erməni redaktordan çağırış: "Qarabağa geri dönməyin"

.

Ermənistanın “Hetq.am” saytının baş redaktoru Edik Baqdasaryan İrəvana gələn Qarabağ ermənilərinə müraciət edərək, Qarabağa geri dönməməyə çağırıb.

Metbuat.az xəbər verir ki, Baqdasaryan bu sözlərini öz Feysbuk səhifəsində paylaşıb. O, Qarabağda hər şeyin dəhşətli olduğunu və hələ də ermənilərin yaşayış ərazilərinin müəyyən edilmədiyini bildirib:

“Kimin evi yoxdursa, Qarabağa geri dönməməlidir. Hadrut şəhərindən, Hadrut rayonunun kəndlərindən, Əsgəran rayonunun kəndlərindən, Şuşadan, Daşaltıdan olan ailələr var. Hər şeydən öncə onların məsələləri həll edilməlidir. Əksər kəndlərdə qaz, işi yoxdur. Ermənistandan belə soyuqda ailələri göndərməyin. Avtobusları verməklə məsələ həll edilmir”.

Qeyd edək ki, Ermənistandan hər gün 30-32 avtobus ermənilərin Xankəndiyə daşınması üçün ayrılır.(Axar.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR