Qarabağın iqtisadi potensialı - İqtisadi ŞƏRH / VİDEO

.

Rəsmi hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad olunan və davam edən iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır.

Bu barədə Metbuat.az-a özəl olaraq Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov ilə müsahibə aparıb.Həmin müsahibəni təqdim edirik:


Murad Bəy işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını necə qiymətləndirirsiniz?

''Torpaqlarımızı yenidən geri almağımız bütün iqtisadi, siyasi baxışlar bir kənara ən əsası bizə özünəgüvən, ruhyüksəkliyi verən, cəmiyyətimizin gələcəyə əzimli, iradəli addımlarını təmin edən tarixi hadisə oldu. Bizim işğaldan azad olunmuş ərazilər Cənubi Qafqaz regionunda yerləşir. Azərbaycan özü konvergent zona sayılsa da qədim tavalar üzərindədir. Buna görə torpağın alt qatları çox zəngindir. Xüsusilə Qarabağ ərazisində çoxlu polumetal ehtityyatlar, 155 növdə filiz ehttiyatımız, 6 qızıl, 5 civə, 2 sink, mis ehtiyyatları var.

Bunların hər biri ayrı-ayrılıqda istər xammal istərsə də istehsaldan sonra Azərbaycan iqtisadiyyatının sirkulyasiyasına daxil olarsa qısa zaman kəsiyində iqtisadi artımda olan fərqi görmək mümkün olacaq.

Digərlərindən fərqli olaraq ən çox üstünlük təşkil edən filiz ehtiyatları ilə dağ-mədən sənayesini, metallurgiyanı inkişaf etdirmək olar. Bu da həmçinin öz növbəsində külli miqdarda gəlirin Azərbaycan iqtisadiyyatına axınını təmin edər.

Sırf olaraq Şuşa, Kəlbəcər, Laçında müxtəlif növdə mineral su ehtiyyatı mənbələrimiz var. Bu suları həm qablaşdıraraq ölkə bazarında yerli məhsulların çeşidini artırmaq, hətta yaxın xarici ölkələrə ixracını həyata keçirmək olar. Bundan əlavə olaraq həmin mineral sular qaynayan ərazilərdə turizmin inkişafını təmin etmək üçün xüsusi rekreasiya tipli turizm mərkəzlərinin tikintisini təmin etmək olar''.

İşğaldan azad edilmiş bölgələrimizdə təbii resurs ehtiyatları barədə hesablamalar aparılıbmı?

''İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı məlumatlara əsaslanaraq deyə bilərəm ki, təqribi olaraq həmin ərazilərimizdə qızıl ehtiyatları 132,4 tondur.

Bu da hasil və emal xərcləri nəzərə alınmasa 8 mld ABŞ dollarına bərabər olur. Geri qaytarılan ərazilərimizdə torpağın üst münbit qatına görə kənd təsərrüfatını orta və uzun müddətli dövr ərzində inkişaf etdirmək olar. Nəzərə alınsa ki, ümumilikdə 360 min ha ərazi artıq kənd təsərrüfatının istifadəsinə verilə bilər, hansı ki, bunun 240 min hektarı işğaldan azad olunmuş ərazilərin payına düşür.

Düşünürəm ki, bu ərazilərdə innovativ kənd təsərrüfatı modellərinin tətbiq olunmasi ilə təkcə bu ərazilərin kənd təsərrüfatı sahəsindən gələn gəlir milyard dollarlarla ölçülə bilər''.

Qarabağda atçılıq və xalçaçılığı yenidən inkişaf etdirmək olar...

Almaniyada ilk magistr təhsili aldığım dönəmdə Azərbaycanın coğrafiyasının tanıtımını edərkən Qarabağımızın fauna ve florasından da söz açmışdım. Burada atçılığın və həmçinin xalçaçılığın da yenidən bərpa olunması və dünya səviyyəsində tanıtımını yenidən göz önünə çəkmək olar.

Öz torpaqlarına qayıdan sakinlərin orada yeni iş yerləri ilə təmin olunması da həmin ərazilərdəki bölgələrin inkişafını təmin etmiş olar. Bu da həmin ərazilərin yenidən dirçəldilməsi, xarici investisiyaların bura axınını sürətləndirəcəkdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR