Əfqanıstanın Bamiyan şəhərində iki maqnit bombasının partlaması nəticəsində azı 17 nəfər dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, 50-dən çox şəxsin yaralandığı bildirilir.
Hadisə şəhər bazarında baş verib. Partlayışın olduğu əraziyə yaxın yerdə otel yerləşir.
İnsidentə görə məsuliyyəti hər hansı qruplaşma üzərinə götürməyib.