.

Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edib

.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub. XİN rəhbərləri telefon söhbətində Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər münaqişə zonasında tam atəşkəsə nail olmaq məqsədilə Rusiya tərəfinin səylərini, habelə döyüş əməliyyatları nəticəsində zərər çəkmiş mülki əhaliyə humanitar yardım göstərilməsinin zəruriliyini nəzərə almaqla Qarabağda cari vəziyyəti müzakirə ediblər.

Bundan əlavə, tərəflər İranın nüvə proqramı ilə bağlı məsələlər, Suriyada, Körfəz zonasında, Yəməndə və Əfqanıstandakı vəziyyət, ticari-iqtisadi və humanitar sahələrdə cari Rusiya-İran layihələrinə dair fikir mübadiləsi aparıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR