Daha bir heyvanda koronavirus aşkarlandı

Polşada yerləşən fermaların birində su samurlarının koronavirusa yoluxduğu aşkar edilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Zet” radiostansiyası məlumat yayıb. Qeyd olunur ki, fermada saxlanılan və böyüdülən səkkiz su samurunda SARS-CoV-2 virusu tapılıb.

Radiostansiyadan verilən məlumata əsasən, Qdansk Tibb Universitetinin alimləri də yırtıcı heyvanlardan götürülən qan analizləri nəticəsində onların koronavirus daşıyıcısı olduğunu təsdiq edib.

Hazırda virusun mənşəyini təyin etmək üçün dərin genetik tədqiqatlar aparılır. Xatırladaq ki, Danimarka koronavirusun mutasiyaya uğramış forması səbəbindən 17 milyon su samurunu öldürməyi planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR