Makron Ərdoğana zərbə endirməyə çalışır - BU VASİTƏ İLƏ...

.

Belçikanın federativ parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasının (La Chambre des Représentants) xarici işlər üzrə komitəsi noyabrın 30-da Dağlıq Qarabağla bağlı qətnamə layihəsini müzakirə edəcək.

Sənəd Belçika və qarabağlı separatçılar arasında "diplomatik münasibətlərin qurulması"nı, Dağlıq Qarabağın "müstəqilliyinin tanınmasını", habelə "Azərbaycanın törətdiyi hərbi cinayətlərin pislənməsi"ni nəzərdə tutur.

Metbuat.az xəbər verir ki, siyasi şərhçi Elçin Alıoğlu deyir ki, rəsmi Brüsselin də Paris təki erməni diasporunun nazı ilə oynayaraq erməniləri öz tərəfinə çəkmək istədiyi aydındır.


''O da aşkardır ki, bu prosesin arxasında da Fransa prezidenti Emmanuel Makron durur. Fransa Senatındakı səsvermə və Belçikalı deputatların "təşəbbüsü" nə ilə nəticələnə bilər?

Əvvəla, bu, Ermənistanın yox, erməni diasporunun cəhdləri və eyforiyasıdır. Paris kimi, Brüssel də Azərbaycana yox, Türkiyəyə sərt təzyiq və siyasi alver vasitələri əldə etməyə çalışırlar. Emmanuel Makron fransalı senatorların "səsvermə" sonuclarının "tanınması"nı maksimum uzadacaq, Ankara ilə alver aparacaq, şərtlərini kuluar danışıqlarda səsləndirəcək.

Makron məhz Qarabağ məsələsi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zərbə endirməyə çalışır''.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR