'' ADİ QƏRARDIR''- Erməni deputatdan Fransa senatın qərarına münasibət

.

"Realist olmaq lazımdır. İndi cəmiyyətimizdə Fransa Senatının qərarı ilə bağlı eyforik fikirlər yayılır. Bu, belə deyil"

Metbuat.az xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü, deputat Naira Zöhrabyan deyib. O bildirib ki, bu, adi bir qərardır, Fransa hökumətinin “Dağlıq Qarabağ respublikası”nı tanınması kimi qəbul edilməməlidir.

Zöhrabyan baş nazir Nikol Paşinyanın Fransa Senatının məlum qərarını “tarixi addım” adlandırmasına da münasibət bildirib:

“Paşinyan hakimiyyətə yalanla gəldiyi kimi, indi cəmiyyətin da başını qatmaqla ölkəni idarə edir, yalançı, pafos və emosiyalı siyasətini davam etdirir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR