x
Loading...
.

Ermənistanı kompensasiya ödəməyəcəyi təqdirdə GÖZLƏYƏN CƏZA - ŞƏRH

Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə kompensasiyanın hansı formada ödənilməsi məsələsi hazırda cəmiyyəti düşündürən mövzular sırasındadır.

Mövzu ilə bağlı İqtisadçı-ekspert Elman Sadıqov Metbuat.az-a özəl olaraq geniş müsahibə verib.

Ekspert kompensasiyanın hansı formada ödənilməsi detallarına da xüsusilə diqqət çəkdi.Həmin müsahibəni təqdim edirik.


- Elman müəllim məğlub ölkənin qalib gələn ölkəyə təzminat ödənilməsi praktikada öz təsdiqini necə tapıb?

“Bu məsələ hələ Roma imperiyası dövründən mövcuddur. Faktiki olaraq qanuniləşdirilmilş, sivil formada məğlub dövlətin qalib dövlətə təzminat ödənilməsi Roma İmperiyası dövründə mövcud olmuşdur.

Hələ 1815-ci ildə Paris müqaviləsi şərtlərinə əsasən Napaleon 700 milyon frank dəyərində kompensasiya ödəməyə məcbur olmuşdur. Daha sonra Fransiya-Prusiyya müharibəsində, həmçinin 1897-ci ildə Türkiyə-Yunanıstan müharibəsində də məğlub olan tərəf qalib tərəfə təzimant ödəyib.

Tarixdə ən böyük təzminatı Almaniya Birinci dünya müharibəsindən sonra ödəmişdir. Hətta Almaniyada kompensasiyanı ödəyə bilmək üçün böyük pul çapı həyata keçirildi. Nəticədə Alman iqtisadiyyatı tarixin ən böyük inflyasiya ilə üz-üzə qaldı.

"Versal müqaviləsi"nin əsas müddəası Almaniyanın qeri-şərtsiz müharibənin səbəbkarı olduğunu qəbul etməsindən ibarət oldu.. Almaniyanın qalib ölkələrə ödədiyi ümumi məbləğlər qızılla 132 milyard marka (1919-cu ilin qiyməti ilə) təşkil edirdi.


Son ödənişlər 2010-cu ildə həyata keçirildi, yəni Almaniya Birinci Dünya müharibəsinin "borclarını" 92 ildən sonra tam ödəyə bildi.

Almaniya faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizədə genosidə məruz qalan yəhudi ailərinə də kompensasiyalar ödənildi. İkinci dünya müharibəsindən sonra Yaponiya da zərər vurduğu bir çox dövlətlərə kompensasiya ödəmişdir.

Körfəz müharibəsindən sonra BMT-nin Kompensasiya Komissiyası yaradıldı. O komisiyyaya Küveytin müxtəlif fiziki və hüquqi şəxslərinin ,hökumət nümayəndələrinin İraqa qarşı iddiaları təqdim edildi.

Bu iddiaların məbləği İraqa 350 milyard dollar dəyərində idi. Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olundu.

O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollarını ödəməyə razılaşdı.Bu təqribən 1.5 milyon iddia demək idi. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub’’.

- İddiaların təmin olunması prosesi necə aparılır?

“Beynəlxalq hüquq və təcrübələrdə əsasən vətəndaşların çəkdiyi zərər fiziki şəxslərin verdiyi iddialar ilk növbədə təmin olunur. Çünki bu iddiaların obyektivliyi şübhə doğurmur və isbatı da daha asandır.

Bu mənada Azərbaycanda təkcə dövlət tərəfindən hesablamaların aparılmasını deyil həm də ayrı-ayı ailələrin fiziki şəxslərin iddialarını hazırlanmasında onlara köməklik edilməlidir. Hazırlanmış həmin iddialar iddia edən tərəflər tərəfindən şəxsən komisiyaya təqdim edilməlidir’’.

Elman Sadıqov bildirdi ki, beynəlxalq praktika son dövrlər belə kompensasiyanın ödənilməsi ilə bağlı verilən məhkəmə qərarlarının çoxunun fərdi müraciətlər əsasında reallaşdığını göstərir:

“Biz elə bir kompensasiya iddiası irəli sürməliyik ki, reallığa yaxın olmalıdır. İkincisi bütün vurulan zərəri əhatə etməlidir. Üçüncüsü mədəni abidələrimizə dəyən zərərin müəyyən edilməsi çətin bir prosesdir. Ona görə də elə bir kompensasiya məbləği deməliyik ki, bütün amillər orada nəzərə alınsın’’.

-Azərbaycanın Ermənistandan təzminat ala bilməsi mümkün ola biləcəkmi? Bilirik ki, onların dövlət borcu kifayət qədərdir və hal-hazırda ölkə iqtisadiyyatı çöküb.

“Təzminat tələb olunarkən məğlub ölkənin iqtisadiyyatının çöküb zəifləmiş olması nəzərə alınmır. Tarixdə bu faktlar var ki, müharibədə məğlub olan ölkələrin adətən iqtisadiyyatı çökmüş formada olur. Məsələn Almaniyanın iqtisadiyyatı da Birinci dünya müharibəsində də İkinci dünya müharibəsində də çökmüş idi. Burada məsələ müharibəyə cəhd edən dövləti cəzalandırmaqdır. Yəni istənilən anda dünya ölkələri bir –birinə müharibə elan edəndə bunun nəticəsini fikirləşməlidirlər.Tələb olunan kompensasiyalar hər bir halda ödənilir və ödənilməlidir də.

Ermənistana kompensasiya tələbləri fiziki şəxslər tərəfindən də dövlət tərəfindən də iddialar irəli sürüləcəkdir.

- Zərərin hesablanması hansı qaydalara əsasən aparılır?

“Hesablamalar aparılarkən nəzərə alınmalıdır ki, 30 ilə yaxın bir dövrdə xüsusilə həm kənd təsərrüfatı, həm faydalı qazıntılar, həm turizm baxımından münbit olan, gəlir gətirən torpaqlarımızı işğal altında saxlayıb, ondan gəlir götürülüb.Müharibə nəticəsində Azərbaycana demoqrafik zərər vurulub - şəhid olanlar, qazi olanlar var. Onların hər birinə görə dəyən zərər hesablanmalı, təzminata dair iddialara daxil edilməlidir. Yəni Ermənistanın günahı üzündən Azərbaycana külli miqdarda zərər vurulub və bu dövlət həmin zərəri ödəməlidir”.

- Kompensasiya ödənilməsə Ermənistanı hansı cəza gözləyir?

Ümumiyyətlə komisiyaya gedən hər bir iddia Ermənistanı ciddi şəkildə informasiya basqısı ilə üz-üzə qoyacaqdır. Bu gün Ermənistan iqtisadiyyatı çökmüş vəziyyətdə olsa da sabah xaricdən gələn köməyin, dəstəyin hesabına iqtisadiyyatı dirçələ bilər. Həmin kompensasiyanı ödəmək haqqında qərar çıxarsa Ermənistan o məbləğin bir qisminə də olsa ödəməlidir.

Əks təqdirdə bu beynəlxalq konvensiyalara qarşı çıxmaqdır’’.

Əgər Ermənistan dəymiş ziyanın ödənilməsi üçün kompensasiyanı ödəməsə o zaman hərbi xərclərin artırılmasına cəhd edə bilməz...

“Bu artıq kompensasiyanın ödənişi ilə bağlı şərtlərin pozulması deməkdir. İraq məsələsində də bu fakt var idi.O baxımdan İraq şərtlərə əməl edib ilk növbədə dəymiş ziyanın kompensasiyasını ödədi.

Həmçinin burada ikinci məsələ Ermənistanın öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan bu tələbi daima səsləndirmək ilə Ermənistana sanksiyalar tətbiq edilməsinə nail ola bilər. Əgər bizim tərəfimizdən kompensasiya iddiaları düzgün şəkildə təşkil olunarsa hətta təzminatı ödətdirə bilməsək belə, məsələnin illərlə beynəlxalq səviyyədə gündəmdə saxlanması Ermənistan üzərində çox ciddi təzyiqlər formalaşdırmağa imkan verəcəkdir’’.

Azərbaycan ikinci Qarabağ savaşında müharibə taktikasında yeni bir cığır açdı…

“Başda Amerika olmaqla NATO ölkələri və böyük ordusu olan dövlətlər İkinci Qarabağ müharibəsində ölkələri qazanılmış uğurun gedişatını maraqla izləyib bu müharibə stilini bəyəniblər. Ola bilər ki, gələcəkdə bu formadan istifadə edilsin.

Bizim beynəlxalq səviyyədə tanınan, böyük müttəfiqlərimiz var.Xarici hüquqşünasların, diaspora rəhbərlərinin bu mübarizəyə cəlbi də effektiv olacaqdır. Həmin müttəfiqlərimiz sayəsində biz haqq yolu ilə işğaldan azad etdiyimiz torpaqlara dəyən maddi və mənəvi zərəri Ermənistana ödətdirəcəyik. Buna ən azından Ermənistanın işğalçılıq etdiyi torpaqlarımıza vurduğu zərərin bədəlini qarşılamaq üçün nail olmalıyıq’’.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR