.

İtkin düşmüşdü, meyiti meşədə tapıldı - FOTO

.

Şirvanda itkin düşən kişinin meyiti tapılıb.

Metbuat.az-ın məlumatına görə, bir neçə gün öncə itkin düşmüş 1968-ci il təvəllüdlü Həsənov İlyas İsa oğlunun meyiti meşə ərazisində aşkarlanıb.

İ.Həsənovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şirvan şəhər mərkəzinə təhvil verilib.

Onun hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR