''Rədd olun, bura bizim ərazidir'' – Hərbçilərimiz Zod yatağına nəzarət edir / VİDEO

.

Azərbaycan, RusiyaErmənistan Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrin (GPS) istifadəsilə sərhədlərin demarkasiya işlərinə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Ermənistan MN-dən bildirilib ki, demarkasiya işlərinin bir hissəsi Kəlbəcər ərazisindəki Zod yatağında aparılır.

Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin Kəlbəcər rayonundan keçən hissəsini 1,5 irəli çəkərək qırmızı rəngli darvazanı yola quraşdırmışdılar. Məqsəd Zod qızıl mədənini Ermənistan ərazisində saxlamalıydı. Azərbaycan Milli Ordusunun hərbçiləri darvazanı qıraraq Zoda yollanıblar.

Zodun bələdiyyə başçısı Hakop Havetyan tələsik bəyanat verib:

"Azərbaycan hərbçiləri mədən ərazisindədir. Hazırda onlarla Ermənistan Müdafiə Nazirliyinin nümayndələri arasında danışıqlar gedir. Azərbaycanlı hərbçilər irəliləmirlər. Deyirlər ki, mədəndən çıxıb gedək".

"Bura bizim ərazimizdir, rədd olun burdan”, – Azərbaycan Ordusunun zabiti deyib.

Erməni tərəfinin təmsil edənlər məsələni aydınlaşdırmaq üçün vaxt istəyiblər. İki saata yaxın davam edən danışıqlardan sonra Azərbaycan Ordusunun əsgərləri sabaha qədər onlara vaxt verib:

Hazırda Zodla bağlı sərhəd demarkasiyası Azərbaycan, Rusiya və Ermənistanın MN nümayndələri arasında müzakirə olunur.

Ermənilər dərhal bəyan ediblər: "O darvazanı müvəqqəti quraşdırmışdıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR