“Qalatasaray”da prezident seçkiləri

Türkiyənin “Qalatasaray” klubunda prezident seçkiləri təxirə salınıb.

Metbuat.az apasport.az-a istinadən xəbər verir ki buna səbəb koronavirus pandemiyası göstərilib.

Klubun İdarə Heyəti 19-26 dekabr tarixlərində növbədənkənar seçkiləri təşkil etməyi planlaşdırırdı. Lakin koronavirus pandemiyası səbəb göstərilərək, seçkilərin ən azı 2021-ci il fevralın 28-nə qədər keçirilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, “Qalatasaray”ın hazırkı prezidenti Mustafa Cengizdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR