Rusiyada koronavirusdan ölənlərin sayı 39 mini ötüb

.

Rusiyada son sutka ərzində daha 27 100 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Metbuat.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların 2 242 633 nəfərə çatıb.

Son sutka ərzində 510 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 39 068 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR