.

Milli Qəhrəman Ağdamda məzarı başında anıldı - FOTO

.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ağdama səfər çərçivəsində Ağdam Cümə məscidində olublar.

Metbuat.az xəbər verir ki, Ağdam məscidini ziyarət edənlər arasında incəsənət xadimləri ilə yanaşı, Azərbaycan çempionu "Qarabağ" futbol klubu da olub.



Onlar həmçinin, Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi, "Qarabağ" komandasının keçmiş baş məşqçisi Allahverdi Bağırovun məzarını ziyarət ediblər.

Qeyd edək ki, nümayəndələr daha öncə Tərtərdə olublar.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR